Taliban daha bir rayonu nəzarətinə keçirdi

Taliban daha bir rayonu nəzarətinə keçirdi

Əfqanıstanın şimalında yerləşən Faryab vilayətinin Dövlət Abad qəsəbəsinə nəzarət Talibana keçib.

Faryab Vilayət Şurası rəhbəri Abdul Mennan Kati bu barədə açıqlama verib.

Rasthaber xəbərinə görə,  o qeyd edib ki, taliban silahlılar iki gündən bəri  hücum təşkil etdikləri Dövlət Abad qəsəbəsinə nəzarəti bu gün səhər  ələ keçiriblər. Katinin sözlərinə görə, hücumların başladığı  gündən bəri  qəsəbə valiliyindəki 30 təhlükəsizlik işçisi ilə  əlaqə yaradıla bilmir.

Faryab Vilayət Şurasının səlahiyyətlilərindən Abdul Əhəd İlbək də  hücumda 2 təhlükəsizlik işçisinin həyatını itirdiyini bildirib.

Qeyd edək ki, taliban silahlılar May ayından bəri 8 qəsəbəyə nəzarəti ələ keçiriblər.  

Xəbəri paylaş

VİDEOLAR