Taliban Əfqanistanın Pakistanla sərhəddəki Nanqarhar vilayətində təslim olan İŞİD terror təşkilatının onlarla üzvünü əfv edib.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, Nanqarhar vilayətinin rəsmiləri İŞİD üzvü olan 65 nəfərin Kot ve Batkot rayonlarında qəbilə böyüklərinin vasitəçiliyi ilə kəşfiyyat bölmələrinə təslim olduğunu açıqlayıb.
Vilayətin səlahiyyətliləri təəssüfünü bildirən təşkilat üzvlərinin bağışlanmaları və onların yenidən silaha əl atacağı təqdirdə ən ağır şəkildə cəzalandırılacaqları barədə məlumat yayıblar.
Qeyd edək ki, İŞİD tərəfdarları Nanqarharda çoxsaylı hücumlar həyata keçirdikdən sonra “Taliban” bölgədə bu qruplaşmaya qarşı əməliyyatlarını gücləndirib.