Tacikistandan İran PUA-larının Rusiyaya ötürülməsi iddiasına münasibət

Tacikistandan İran PUA-larının Rusiyaya ötürülməsi iddiasına münasibət

Tacikistan rəsmiləri İran PUA-larının Ukrayna müharibəsində istifadə məqsədilə Rusiyaya göndərilməsi ilə bağlı iddiaları təkzib edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyi, ukraynalı jurnalist Dmitri Qordonun Ukrayna müharibəsində istifadə üçün İrana məxsus pilotsuz təyyarələrin Tacikistanda istehsalı və Rusiyaya göndərilməsi ilə bağlı xəbərini təkzib edib.

Tacikistan Xarici İşlər Nazirliyi Qordona "bu cür şərhlərə ehtiyatla yanaşmağı və dərc olunan məlumatların düzgünlüyünü yoxlamağı" tövsiyə edib.

Ukraynalı jurnalist Dmitri Qordon Özbəkistanı da İran pilotsuz uçan aparatlarını montaj etmək və yığmaqda ittiham edib. Özbəkistan Xarici İşlər Nazirliyi İran pilotsuz təyyarələrinin Moskvanın sifarişi ilə ölkədə istehsal olunduğuna dair iddiaları təkzib edib və rəsmi Kiyevi mətbuatda yayılan yalan xəbərlərə qarşı tədbir görməyə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR