Tacikistanda falçılar və müştəriləri cəzalandırılır

Tacikistanda falçılar və müştəriləri cəzalandırılır

Tacikistan qanunvericiliyinə əsasən, falçılar, baxıcılar, cadugərlər, həmçinin onların müştərilərinə qarşı tədbirlər görülməyə başlayıb.

Az.rasthaber.com xəbər verir ki, məsələ ilə bağlı Tacikistan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Baxıcılar, falçılar və cadugərlər bu işə görə ilk dəfə tutulduqda onların barəsində cərimə və ya inzibati həbs tədbirləri görülür, oxşar əməl üstündə təkrar tutulduqda isə onları 1 ildən 2 ilədək həbs gözləyir.

Bundan başqa, bu "xidmətlər" üçün onlara müraciət edən müştərilərin barəsində də tədbirlər görülür. Həmin şəxslər nazirliyə dəvət edilərək dindiriləcək, barələrindəki məlumatlar, onların foto şəkilləri birlikdə, nazirliyin məlumat bazasına yerləşdiriləcək.

Xəbəri paylaş

VİDEOLAR