Suriyanın cənubunda yerləşən Suveyda şəhərinin Əl-Kəramə meydanı sosial şəbəkələrdə yayılan çağırışlara cavab olaraq bu gün (cümə axşamı) günortadan sonra Suriya müvəqqəti hökumətinin başçısı Colani ləqəbli “Əhməd əl-Şaraa” və onun siyasətlərinə qarşı nümayişə şahid olub.
Az.rasthaber.com xəəbər verir ki, suriyalı etirazçılar əllərində pankartlar və plakatlar tutaraq, Məhəmməd Colaninin başçılıq etdiyi yeni hökumətin siyasətini pisləyən şüarlar səsləndirərək bildiriblər: “Suriya müvəqqəti hökuməti yalnız vəzifələrdən yapışmağa çalışır və biz onun hökumət qurduğunu görmürük.”
Nümayişçilər həmçinin Suveyda əyalətindəki dürzilərin mənəvi lideri Şeyx Hikmət əl-Hicriyə dəstək şüarları səsləndirib və nümayiş zamanı onun şəkillərini qaldıraraq bəyan ediblər: “Ey Əbu Salman, canımız və qanımızla səni xilas edəcəyik.”