Andiçmə mərasimindən sonra onlar Suriya prezidentilə görüşüblər.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Suriyanın yeni hökumətinin üzvləri andiçmə mərasimindən sonra Suriya prezidentilə görüşüblər.
Bəşər Əsəd bu görüşdə istehsala dəstəyi, Amerikanın Dəməşqə qarşı mühasirəsi və iqtisadi sanksiyaları ilə mübarizənin mühüm yolu adlandırıb.
Suriya prezidenti hökumətin, bu ölkənin iqtisadi problemlərinin həlli istiqamətindəki ümumi proqramları və siyasət kursunu bəyan edib.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd avqustun 25-də bir fərman verərək, Huseyn Ərnousa bu ölkənin yeni hökumətini təşkil etməyi həvalə edib.