Suriyanın xarici işlər naziri İranda səfərdədir

Suriyanın xarici işlər naziri İranda səfərdədir

Suriyanın xarici işlər naziri Feysəl Miqdad Fələstinlə bağlı Tehranda keçirilən toplantıda iştirak etmək üçün İrana gəlib.

Az.rasthaber.com xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdad Fələstinlə bağlı Tehranda keçirilən toplantıda iştirak etmək üçün bu gün səhər İrana gəlib.

İran Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, bu görüş İranın Fələstin və Qəzzada məzlum xalqların müqavimətinə dəstək vermək üçün diplomatik səyləri çərçivəsində keçirilib.

Kənani bildirib ki, bu iclas Qəzza və İordan çayının qərb sahilində məzlum Fələstin xalqına beynəlxalq dəstəyi gücləndirmək, Qəzzəyə hərbi hücumları tamamilə dayandırmaq və blokadanın tamamilə aradan qaldırılması üçün sionist rejimə təzyiqləri gücləndirmək üçün keçirilib. 

Kənani deyib: “Bir günlük beynəlxalq toplantıda dünyanın 50-dən çox ölkəsindən yüksək səviyyəli dövlət rəsmiləri, aparıcı siyasi, dini və media xadimləri iştirak edəcək”. 

Xəbəri paylaş

VİDEOLAR