Suriyanın şərqində ölkə ordusu ilə ABŞ qüvvələri arasında gərgin anlar yaşanıb

Suriyanın şərqində ölkə ordusu ilə ABŞ qüvvələri arasında gərgin anlar yaşanıb

Suriyanın şimal-şərqində yerləşən Qamışlı şəhəri ətrafında ölkə ordusu ilə ABŞ qüvvələri arasında gərgin anlar yaşanıb.

Az.rasthaber.com xəbər verir ki, insident ötən gün Həsəka əyalətinin Qamışlı şəhəri ətrafında yerləşən Təll-Dəhab kəndi ərazisində baş verib.

ABŞ qüvvələrinin beş hərbi maşından ibarət karvanı Suriya Ordusu qüvvələrinin nəzarətində olan postları keçməyə cəhd edib.

Suriya Ordusu qüvvələri hərbi karvanın qarşısını alan zaman gərgin anlar yaşanıb və bir müddət sonra ABŞ qüvvələri hərəkət istiqamətini dəyişməli olublar.

Suriya hökuməti mənbələri bildirir ki, Fəratın şərqini zəbt edən ABŞ qüvvələri və onların dəstəklədiyi separatçı kürd birləşmələri bölgədən neft, neft məhsulları və buğda yüklərini oğurlayaraq İraqın şimalına və ya Türkiyəyə keçirirlər.

Xəbəri paylaş

VİDEOLAR