Suriya Ordusu Dirazzur əyalətində İŞİD-in silah anbarını aşkarlayıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Suriya Ordusu Dirazzur əyalətinin şərqində İŞİD-ə aid bir tunel və burada olan silah anbarını aşkarlayıb.
Əməliyyat yerli əhalinin əməkdaşlığı nəticəsində baş tutub.
Silah anbarında müxtəlif növ silah, sursat və hərbi təchizat, hətta PUA-lar da olub.
Qeyd edək ki, İŞİD silahlıları hələ də Suriya səhrasında hücumlar həyata keçirirlər. Ötən ay İŞİD-in lideri Əbu-Həsən əl-Qurəşi Suriyanın cənubunda Dəra əyalətində məhv edilmişdi.