Suriyanın iqtisadiyyat naziri müharibənin ölkənin neft və elektrik sektoruna 195 milyard dollarlıq ziyan vurduğunu söyləyib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Suriyanın iqtisadiyyat və xarici ticarət naziri Məhəmməd Samir Əl-Xəlil qeyd edib ki, 2020-ci ilə qədər Suriyanın neft sektorunda birbaşa və dolayı ziyanların həcmi 95 milyard dollar, elektrik sektorunda isə 100 milyard dollar olubdur.