Suriyanın Latakiya vilayətinin Raml məhəlləsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın Latakiya vilayətinin Raml məhəlləsində partlayış baş verib.
Partlayış nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Latakiyanın cənubundakı Raml məhəlləsində səbəbi bilinməyən partlayış baş verib.
Partlayışın ardından bölgəyə sövq edilən mülki müdafiə qrupları yaralıları xəstəxanalara çatdırıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.