Suriyanın Dəra əyalətində İŞİD terrorçularının silah yükü ələ keçib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.
Bildirilib ki, vaxtilə İŞİD-in nəzarətində olan Dəra əyalətinin əl-Yaduda qəsəbəsi ətrafında çoxsaylı silahlar ələ keçirilib.
Bildirilib ki, yerli əhalinin əməkdaşlığı nəticəsində əl-Yaduda qəsəbəsi ətrafında yerləşən əkin sahələrində İŞİD silahlılarının vaxtilə gizlətdiyi silah yükləri aşkarlanaraq götürülüb.
Bu silahlar arasında zirehli texnikalar əleyhinə qumbaraatanlar və minaatanlar da var.