Suriya tarixində ilk dəfə Suriya Ordusuna aid olmayan bir zabit üçün Suriya Ordusu tərəfindən yas mərasimi təşkil olunub.
Rasthaber Azərbaycan İslamazeri.com-a istinadən xəbər verir ki, Suriya Dövləti tarixində ilk dəfə Suriya Ordusuna aid olmayan bir zabit üçün Suriya Ordusu tərəfindən yas mərasimi təşkil olunub.
SANA-nın məlumatəna görə, Suriya Ordusu İranın İnqlab Keşikçilər Korpusunun “Qüds” briqadasının komandiri General Qasim Süleymaninin sui-qəsd nəticəsində öldürülməsi və onun yad edilməsi münasibətilə rəsmi yas mərasimi təşkil edib.
Mərasimdə Suriya Prezidenti Bəşər Əsədin siyasi və informasiya işləri üzrə müşaviri Buseyn Şaaban , Suriya Müdafiə naziri Mahmud Aş-Şava, Suriyanın baş müftisi Əhməd Bədrəddin Xassun, İranın Suriyadakı səfiri Cavad Türkəbadi, dövlət rəsmiləri, ordu təmsilçiəri və təşkilat rəhbərləri iştirak edib.
Şaaban Süleymaninin işğal, aqressiya və terrorizmlə mübarizədə roluna diqqət çəkərək “Fələstin onun həssas tərəfi idi. Onun həyatı haqq uğrunda mübarizə aparanlar üçün bir nümunədir.”, -deyə bildirib.
Suriyanın müafiə nazirinin müavini Aş-Şava da Süleymaninin qəhrəmanlığından danışaraq bundan sonra müqavimətin sionist düşmənə qarşı mübarizəsinin güclənəcəyini deyib. O işğal və terrorun beynəlxalq hüquqa zidd olduğunu qeyd edərək “Biz işğal və terrora qarşı mübarizəmizi davam edəcəyik”, -deyib.
Baş nüfti Xassun Süleymanini qəhrəman və şəhid adlandıraraq onun işlərini yüksək qiymətləndirib. Xassun Süleymaninin Suriyaya tərəf olduğunu bildirərək, onun heç vaxt unudulmayacağını önə çəkib.
Suriyanın baş müftisi Əhməd Bədrəddin Xassun həmçinin Süleymaninin Suriyanın çöküşünün islam və xristianların çöküşü olduğunu anladığını İŞİD-in hücumları zamanı hər kəs Suriyadan üz döndərdiyini. Lakin İranın Suriya xalqının yanında olduğunu xatırladıb.
İran səfiri də, Süleymaninin Suriya xalqına dəstəyindən danışaraq, Suriya Ordusunun qəhrəmanlığı və Süleymaninin müdrikliyindən söz edib.
Tədbirdə Süleymanilə bağlı film nümayiş olunub.