Suriyalılar ABŞ hərbi karvanını daş atəşinə tutdu

Suriyalılar ABŞ hərbi karvanını daş atəşinə tutdu

Suriyanın Həsəkə əyalətinin sakinləri işğalçı ABŞ qüvvələrinin hərbi karvanının qarşısını kəsərək onu gəldiyi yerə geri qayıtmağa məcbur ediblər.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, Qamışlının yaxınlığındakı əd-Dəmhiyyə yaşayış məntəqəsi yaxınlığında baş verən hadisə zamanı insanlar işğalçı qüvvələrə daş atıblar.

Bu zaman ABŞ hərbçiləri havaya atəş açıblar.

Lakin sakinlər qorxmayaraq yolun qarşısını kəsməyə davam ediblər və nəticədə də 5 avtomobildən ibarət karvan geri qayıtmalı olub.

Xəbəri paylaş

VİDEOLAR