Suriyadan sonra bu dəfə Əfqanıstanda ABŞ bazası hədəfə alındı

Suriyadan sonra bu dəfə Əfqanıstanda ABŞ bazası hədəfə alındı

Bu barədə adıçəkilən əyalət qubernatorunun mətbuat katibi məlumat verib.

Rasthaber Azərbaycan  “TOLO News”-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Əfqanıstanın Pərvan əyalətində yerləşən ABŞ HHQ aviabazasına raket zərbələri endirilib.

Bu barədə adıçəkilən əyalət qubernatorunun mətbuat katibi məlumat verib.

Bəgram şəhərindəki aviabazaya raket hücumu Kalandarhil rayonundan həyata keçirilib.

NATO rəsmisi hücum faktını təsdiq edib və hələ, xəsarət alanlar barədə məlumatın olmadığını əlavə edib.

Hücumun kim tərəfindən edildiyi məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə Suriyada ABŞ-a məxsus bir hərbi baza raket hücumuna məruz qalmışdı.

Xəbəri paylaş

VİDEOLAR