Suriya Mərkəzi Bankı ölkəyə gələn İran vətəndaşları üçün ödəniş imkanları təqdim edir.
Az.rasthaber.com xəbər verir ki, “Russia Today” (RT) ərəb xidmətinin məlumatına görə, Suriya Mərkəzi Bankı ölkəyə səfər edən İran vətəndaşları üçün rahatlıq barədə qərar qəbul edib.
Mərkəzi Bankın yeni qərarına əsasən, İranın Həcc və Ümrə Müəssisəsi vasitəsilə ölkəyə səfər edən İran vətəndaşları oteldə qalma xərclərini Suriya lirəsi ilə ödəyə biləcəklər.
Tehran və Dəməşq hər il 50 min İran vətəndaşının Suriyadakı müqəddəs yerləri ziyarət etməsi barədə razılığa gəliblər.
İran Həcc və Ziyarət Qurumunun bildirdiyinə görə, son bir ildə Suriyaya dini ziyarət edənlərin sayı 7 min olub.