Suriya Xarici İşlər Nazirliyi İranın İsrailə qarşı cavab əməliyyatı ilə bağlı yazılı açıqlama yayıb.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Xarici İşlər Nazirliyi İranın İsrailə qarşı cavab əməliyyatının BMT Nizamnaməsinin 51-ci maddəsində özünümüdafiə hüququna əsaslandığını bildirib.
İran İslam Respublikası ilə həmrəylik vurğulanan bəyanatda sionist İsrailin bir daha İranın Dəməşqdəki konsulluq binasına hücumunu pislədiyi bildirilib.
İnqilab Keşikçiləri Ordusu ötən gecə sionist İsrailə qarşı genişmiqyaslı əməliyyata başlayıb.
İnqilab Keşikçiləri Ordusunun verdiyi açıqlamada, sionist rejim ordusunun Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq İsrailin onlarla raket və PUA ilə cavab verdiyi bildirilib.