Suriyadakı su böhranı milyonlarla insana mənfi təsir edir

Suriyadakı su böhranı milyonlarla insana mənfi təsir edir

BMT rəsmisi Stefan Cürarrik bəyan edib ki, Suriyanın şimal-şərqində davam edən su böhranı 5 milyon insana mənfi təsir edir.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, o deyib ki, su təchizatı sistemlərinin işindəki problemlərə görə həmin ərazilərin sakinlərinin kifayət qədər suya etibarlı və təhlükəsiz çıxışı yoxdur.

Təhlükəsiz içməli suyun yoxluğu xəstəliklərin yayılmasına və pandemiya ilə mübarizənin zəifləməsinə səbəb olur.

Cürarrik qeyd edib ki, BMT növbəti 6 ay ərzində zərər görmüş təxminən 3 milyon insana yardımın göstərilməsi planının həyata keçirilməsinə başlayıb.

Təşkilat 251 milyon dollar məbləğində çoxsektorlu reaskiyanın lazım olduğunu müəyyən edib və hazırda həmin məbləğin yalnız 51 milyon dolları əldə edilib.

Xəbəri paylaş

VİDEOLAR