Suriyadakı ABŞ qüvvələri İraqa böyük maşın karvanı keçirdi

Suriyadakı ABŞ qüvvələri İraqa böyük maşın karvanı keçirdi

Suriya ərazisində qeyri-qanuni fəaliyyət göstərən ABŞ hərbçiləri onlarla fərqli nəqliyyat vasitəsindən ibarət karvanı Suriyadan İraqa aparıblar.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, karvan Həsəkə əyalətindəki əl-Vəlid keçid məntəqəsindən keçib.

Yerli mənbələrin məlumatına görə, karvan 150 maşından ibarət olub.

50 soyuduculu maşın və 100 zirehli transportyordan ibarət karvan Hərab əl-Cir hərbi aerdromunu tərk edərək İraqın şimalına gedib.

Xəbəri paylaş

VİDEOLAR