Suriyadakı ABŞ bazası hədəfə alındı

Suriyadakı ABŞ bazası hədəfə alındı

Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağının yaxınlığında yerləşən ABŞ hərbi bazasına hücum edilib.

Az.rasthaber.com xəbər verir ki, Livanda yerləşən Əl-Məyadin telekanalı mənbələri Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağının yaxınlığında yerləşən ABŞ hərbi bazasının hədəfə alındığını bildirib.

Bu xəbərə görə, raketlər bazaya düşüb və baza ətrafındakı kəndlərdə partlayış səsləri eşidilib.

Mənbələr əl-Mayadeen-ə bildiriblər ki, bu bazaya raket hücumu ilə eyni vaxtda ABŞ döyüş təyyarələri Deyr əz-Zor ətrafındakı Əl-Cura məhəlləsini də hədəf alıb.

Xəbəri paylaş

VİDEOLAR