Suriyada zəlzələdə həyatını itirənlərin sayı 3384 nəfərə çatıb

Suriyada zəlzələdə həyatını itirənlərin sayı 3384 nəfərə çatıb

Fevralın 6-da Türkiyenin Kahramanmaraş şəhərində baş verən zəlzələ səbəbindən Suriyada həyatını itirənlərin sayı 3384 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, yeraltı təkanlar Suriyanın  İdlib, Hələb, Hama, Latakiya, Tartus və Rakka şəhərlərində də hiss olunub. Həmin bölgələrdə fevralın 6-da başlayan axtarış-xilasetmə əməliyyatları davam etdirilir. 
Suriyanın Hüquq Müdafiə Təşkilatı (SNHR), Ağ Dəbilqəlilər Təşkilatı, yerli hakimiyyət orqanları, səhiyyə təşkilatları və yerli mənbələrin yaydığı məlumata görə, Suriyanın İdlib və ''Fərat qalxanı'' ilə  ''Zeytun budağı'' əməliyyatları bölgələrində 2037 nəfər ölüb, 2950 nəfər də yaralanıb.
SANA xəbər agentliyinin yaydığı xəbərə əsasən, Hələb, Latakiya, Hama və Tartus şəhərlərində rejimin nəzarətində olan bölgələrdə 1347 nəfər həyatını itirib, 2295 nəfər isə yaralanıb.
Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə çox sayda tikili dağılıb.
Evləri dağılan və ya zərər görən minlərlə adam gecəni küçələrdə, məscidlərdə və ya müvəqqəti çadırlarda keçirir.
Suriyanın şimalındakı bölgələrdəki Ağ Dəbilqəlilər Təşkilatı  və qeyri-hökumət təşkilatları təcili yardımla bağlı çağırış edirlər.

Xəbəri paylaş

VİDEOLAR