Həmçinin nizamı pozmuş 24 hərbçi də təslim olub.
Rasthaber Azərbaycan xəbər verir ki, Suriyanın Dəra əyalətində 430 terrorçudan ibarət dəstə silahı yerə qoyaraq təslim olub. Onlar hökumətin barışıq şərtlərinə razılıq veriblər.
Bu barədə Suriya güc strukturlarındakı mənbədən məlumat verilib.
Həmçinin nizamı pozmuş 24 hərbçi də təslim olub.
105 ədəd silah da təslim edilib.
Terrorçular yerli vaxtla 10:00-dək barışıq mərkəzinə gəliblər – Suriya hökuməti silahlılara barışıq üçün məhz bu saatadək vaxt vermişdi. Əks halda Suriya ordusu əməliyyatları bərpa etmək haqqına sahib idi.