Suriyanın Hələb əyalətində silah-sursat anbarında patlayış baş verib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, Cərablus rayonunun əd-Dəbis kəndində terrorçulara məxsus məkanda baş verən insident nəticəsində 3 dinc sakin həyatını itirib. Dünyasını dəyişənlərdən 1-i uşaq və 1-i qadındır.
Qeyd edilib ki, anbar “Sultan Murad” terror qruplaşmasının başçılarından birinin evində olub.
Həmçinin bir neçə dinc sakin də yaralanıb.