Suriyada terrorçulardan İsrail və Qərb istehsalı silahlar aşkarlandı

Suriyada terrorçulardan İsrail və Qərb istehsalı silahlar aşkarlandı

Suriyanın təhlükəsizlik orqanları İsrail və Qərb ölkələrinin terrorçuları himayə etmələri ilə bağlı yeni nişanələr aşkar ediblər.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Suriyanın təhlükəsizlik orqanları azad olunmuş bölgələrin təmizlənməsi işinin davamında Dəməşqin cənub-qərbində terrorçulardan qalmış İsrail rejimi istehsalı olan xeyli sayda silah, sursat, narkomaddə və dərman aşkar edib və müsadirə edib.

Bu orqanlar həmçinin Qunəytrənin Bəriqə kəndində terrorçulardan qalmış PKC və RPG pulemyotları, İsrail rejimi istehsalı olan transportyor, tanka qarşı mina və simsiz rabitə vasitələri, habelə Qərb ölkələrində düzəldilmiş müəyyən miqdarda silah aşkar və müsadirə ediblər.

Bəzi statistikalara əsasən, dünyanın 120 ölkəsindən 360 minə yaxın terrorçu yüzdən çox terror qrupu formasında Suriyanın xalqı və hökumətinə qarşı müharibədə iştirak edib.

Xəbəri paylaş

VİDEOLAR