Suriyada terrorçular avropalıların köməyilə kimyəvi hücum təxribatı hazırlayırlar

Suriyada terrorçular avropalıların köməyilə kimyəvi hücum təxribatı hazırlayırlar

Fransa və Belçika mütəxəssisləri Nusra Cəbhəsi terrorçularına zəhərli qaz daşıyan raketlər qurmasına və kimyəvi hücumlar həyata keçirməsinə kömək edir.

Rasthaber Azərbaycan xəbər verir ki, yerli mənbələr Suriyanın SANA rəsmi xəbər agentliyinə terrorçuların İdlib ətrafındakı terror bazalarından birindəki raketləri dəyişdirdiklərini və zəhərli xlor və zarin (sinir) qazı daşıyan başlıqlarla təchiz etdiklərini açıqlayıblar.

 Sözügedən mənbələrə görə, bu raketlərdən 8-i Nusra Cəbhəsi yaraqlıları ilə əlaqəli olab və özlərini yardım təşkilatı adlandıran Ağ Dəbilqəlilərin təcili yardım maşınları ilə İdlibin cənub və cənub-qərbindəki Hamadakı Cəbəl-Zaviyə, Cisr Əl-Suğur və Səhl Əl-Qab bölgələrinə köçürülüb.

 Mənbələr terrorçuların zəhərli maddələr daşıyan bu raketlərlə kimyəvi hücum həyata keçirəcəklərini və bu əməliyyata görə Suriya ordusunu günahlandırmağı planlaşdırdıqlarını qeyd ediblər.

 Raketlər əvvəlcə Cəsr Əş-Şuğur bölgəsinə köçürülüb və terrorçu Hizbul-Türkistani qruplaşmasının liderlərindən birinə təhvil verilib. Bu raketlərdən ikisi Səhl Əl-Qaba, digər dördü isə Cəbəl Əz-Zaviyə bölgəsinə köçürülüb. Bütün bu raketlər Nusra Cəbhəsinin terrorçularına çatıb.

 Bu terrorçular ötən illərdə başda Ağ Dəbilqəlilər ilə əməkdaşlıq edərək dəfələrlə Suriya ordusunu Suriyanın şimalındakı insanlara qarşı kimyəvi silah istifadə etməkdə günahlandırıblar.

Xəbəri paylaş

VİDEOLAR