Suriyada terror aktı törədildi: Ölən və yaralananlar var

Suriyada terror aktı törədildi: Ölən və yaralananlar var

Suriyanın şimalında yerləşən Bab şəhərində bomba yerləşdirilmiş avtomobilin partladılması nəticəsində dinc vətəndaşlardan biri həlak olub, dörd nəfər yaralanıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Bab bölgəsindəki sənaye bölgəsində bir avtomobildə yerləşdirilmiş bomba partladılıb.

Terror hücumu nəticəsində ilkin məlumatlara görə, dinc vətəndaşlardan biri ölüb, 4 nəfər isə xəsarət alıb.

Terror hücumunda baş verən yanğına xilasetmə qrupları müdaxilə edib.

Partlayışın təsirilə ətrafdakı nəqliyyat vasitələri və dükanlara maddi ziyan dəyib.

Hadisə yerində araşdırmalar aparan yerli təhlükəsizlik qüvvələri, hücumun bölücü terror təşkilatı YPG/PKK tərəfindən həyata keçirildiyini vurğulayıblar.

Xəbəri paylaş

VİDEOLAR