Suriyada prezident seçkiləri keçirilir
Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, Suriyada bu gün prezident seçkiləri keçirilir.
Məlumata görə, vətəndaşlar səhər saatlarında səs vermək üçün Seçki Məntəqələrinə axın edirlər.
Süveyda şəhərində səs vermək üçün vətəndaşlar səhər saatlarından seçki məntəqələrinə gedirlər.
Hələbdə seçki komissiyası tərəfindən seçki sandıqları açılaraq, seçkilərə başlayıblar. Hələb Universitetində minlərlə tələbə saat 7-dən seçkilərə qatılıblar.
Tartusda yaralı hərbiçilərin seçkilərə gəlməsi diqqət çəkib.
Deyrezzorda seçkilər saat 7-dən başlayıb, seçicilərin aktivliyi izlənilir.
Dəməşqdə universitetin Ədəbiyyat Fakültəsindəki seçki məntəqələrində səhər saatlarından tələbə və vətəndaş seçicilərin aktivliyilə müşahidə olunur.
Tələbələr seçkilərlə bağlı aksiya keçirərək iradələrinin açıqlanması və Suriyanın gələcəyinin inşasının və müdafiəsinin seçki yolu ilə olduğunu bildiriblər.
Qeyd edək ki, Bəşər Əsəd seçki məntəqəsində səs verib.