İranda sionist rejimə bağlı bir ünsür ələ keçirilib

İranda sionist rejimə bağlı bir ünsür ələ keçirilib

Sionist rejimə bağlı bir əməliyyatçı Mazandaran əyalətində İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Bölməsi tərəfindən yaxalanıb.

Az.rasthaber.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsi yazılı açıqlamada milli təhlükəsizliyin müdafiəsi və düşmənlərlə mübarizə tədbirləri çərçivəsində Mazandaran vilayətində sionist rejimə bağlı bir əməliyyatçının tutulduğunu açıqlayıb.

Bəyanatda həmin şəxsin xaricdəki anti-İran ünsürlərinin birbaşa rəhbərliyi altında ölkədə terror aktı törətməyə cəhd etdiyi bildirilir.

Bu çərçivədə aparılan geniş kəşfiyyat əməliyyatları nəticəsində bir neçə şəxsin müəyyən edilərək tutulduğu açıqlanıb.

Xəbəri paylaş

VİDEOLAR