Suriyada Netanyahu əleyhinə etiraz aksiyası keçiriləcək

Suriyada Netanyahu əleyhinə etiraz aksiyası keçiriləcək

Suriyanın cənubundakı Sveyda şəhərinin sakinləri sabah, çərşənbə axşamı nümayiş keçirəcəklər.

Az.rasthaber.com xəbər verir ki, Suveyda şəhərindəki suriyalı fəallar sabah, çərşənbə axşamı şəhərin Əl-Kərəmə meydanında nümayiş keçirməyə hazırlaşırlar.

Mehra Xəbər Agentliyinin məlumatına görə, bu nümayiş Suriya xalqının sionist rejimin baş nazirinin ölkənin cənubuna doğru söylədiklərinə reaksiyası olaraq keçiriləcək.

Sionist rejimin baş naziri Binyamin Netanyahu bazar günü Təl-Əvivin cənubundakı Holon şəhərində bir qrup sionist zabit qarşısında çıxışında deyib: "Biz Suriyanın cənubunun tamamilə silahsızlaşdırılmış zonaya çevrilməsini istəyirik".

Netanyahu həmçinin bildirib ki, “Təl-Əviv Suriyanın yeni hökmdarlarının Dəməşqin cənubunda yerləşməsinə heç vaxt icazə verməyəcək”.

"Quneytra, Dəra və Sveyda şəhərləri silahlardan təmizlənməlidir. Biz Suriyanın cənubunda druzların bizə təhlükə yaratmasına heç vaxt icazə verməyəcəyik", - Netanyahu bildirib. 

Xəbəri paylaş

VİDEOLAR