Suriya Hökuməti Suriyanın şimalında Kahramanmaraş mərkəzli zəlzələlərin baş verdiyi bölgələrdə matəm elan edib və təhsilin fevralın 11-dək dayandırıldığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, verilən yazılı açıqlamada Suriyanın şimalında müxalifətin nəzarətində olan bölgələrdə baş verən zəlzələlər nəticəsində humanitar fəlakət yaşandığı diqqətə çatdırılıb.
Axtarış-xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyi yazılan açıqlamada bildirilir: “Suriyada azad edilmiş ərazilərdə matəm elan edilərək məktəb və universitetlərdə fevralın 11-dək tədris dayandırılıb”.