15.02.2022 14:37:10
Suriyada içərisində hərbçilərin olduğu avtobus partladılıb.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, terror aktı paytaxt Dəməşqin Duvvar Cəmarik rayonunda törədilib.
İnsident nəticəsində 1 hərbçi həlak olub, 11-i isə yaralanıb.
Partlayış bu gün səhər saatlarında baş verib.
Terror aktının kimlər tərəfindən törədildiyi hələ məlum deyil.