İŞİD terror qruplaşmasının Suriyanın Hasakiyə şəhərindəki həbsxanaya yanvarın 20-də başlayan hücumu 332 nəfərin ölümünə səbəb olub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, toqquşmalara qədər həbsxanada müxtəlif ölkələrdən olan 3500-dək işidçi saxlanılırdı.
Toqquşmalar zamanı öldürülən 332 nəfərdən 246-sı İŞİD üzvü, qalanları isə təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Dağıdılmış ərazidə təmizləmə işləri getdiyi üçün ölü sayının artacağı istisna edilmir.