Suriyada gələn ay parlament seçkiləri keçiriləcək

Suriyada gələn ay parlament seçkiləri keçiriləcək

Bəşər Əsəd aprelin 13-də parlament seçkiləri təyin edib.

Suriya Prezidenti Bəşər Əsəd aprelin 13-də parlament seçkiləri təyin edib.

Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti xəbər verib.

Qeyd edək ki, Suriyada sonuncu dəfə parlament seçkiləri 2016-cı ildə baş tutmuşdu.

O zaman 250 yer uğrunda 3500 namizəd mübarizə aparırdı. Seçkidə iştirakçı fəallığı 57,56 faiz təşkil etmişdi.

Xəbəri paylaş

VİDEOLAR