Suriyanın Dəra şəhərində terrorçular öz silahlarını hökumət qüvvələrinə təslim etməyə davam edir.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəsmisi Aleksandr Qulyayev məlumat verib.
“Hazırda 300-dən çox atıcı silah təslim edilib”, – deyə o bildirib.
Qeyd edilib ki, həmin terrorçular daha öncə əl-Bələd kvartalının ərazisini tuturdular.
O deyib ki, silahların təslim edilməsi qeyri-qanuni silahlı birləşmə iştirakçılarının amnistiya şərtlərindən biridir.
Bundan başqa, terrorçular şəhəri tərk edərək İdlib deeskalasiya zonasına gedə də bilərlər.