Hadisə nəticəsində 2 ABŞ hərbçisi xəsarət alıb.
Rasthaber Rus mediasına istinadən xəbər verir ki, 25 avqust səhər saatlarında Suriyanın şimal-şərqində yerləşən Derik yaşayış məntəqəsi rayonunda Rusiya və ABŞ hərbçiləri arasında insident baş verib.
ABŞ tərəfi bildirir ki, “Rusiyaya məxsus avtomobil (ABŞ) koalisiya(sı)nın zirehli maşınına çırpılıb”.
Hadisə nəticəsində 2 ABŞ hərbçisi xəsarət alıb.
Bildirilir ki, münaqişənin baş verməməsi üçün koalisiya avtomobili yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazini tərk edib.
Rusiya Silahlı Qüvvələri (SQ) Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov ABŞ SQ Qərargah Rəisləri Komitəsinin (QRK) başçısı general Mark Milli ilə danışıqlar aparıb.
“Əvvəlki təcrübəyə uyğun olaraq onlar danışığın konkret detallarını açmamaq barədə razılığa gəliblər”, – deyə QRK rəsmisi Didi Halfhill bildirib.