Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Ömər və Kuniko qaz yataqları ətrafına raket hücumları həyata keçirilib.
Az.rasthaber.com xəbər verir ki, ABŞ qüvvələrinin Deyr əz-Zor əyalətindəki Ömər və Kuniko neft yataqlarının yaxınlığında yerləşən iki hərbi bazasına hücumların həyata keçirildiyi bildirilib.
Hücumun raketlərlə həyata keçirildiyi və bazaların yerləşdiyi ərazidən tüstü qalxdığı qeyd edilib.
“Amerikanın işğalçı qüvvələri ərazini bağladı” deyən mənbə, hücumdan sonra ABŞ təyyarələrinin bölgədə intensiv uçuşlar həyata keçirdiyi və hücumda yaralananların və ya ölənlərin olub-olmamasının məlum olmadığını bildirib.