Bu barədə yerli mənbələr məlumat yayıblar.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Suriyanın Hasekə şəhərində ABŞ hərbçilərinə hücum edilib.
Məlumatda vurğulanır ki, Hasekə şəhərində neft yataqları ətrafında baş verən partlayış nəticəsində azı 4 ABŞ hərbçisi öldürülüb.
Bundan əlavə 3 ABŞ hərbçisinin də yaralandığı qeyd olunur.
ABŞ Müdafiə Nazirliyi isə yaydığı açıqlamada partlayışın baş vermədiyini iddia edib.