Suriya XİN Türkiyə və Qərbi terrorçulara dəstəkdə suçlayır: 130 kəndin azad edilməsi...

Suriya XİN Türkiyə və Qərbi terrorçulara dəstəkdə suçlayır: 130 kəndin azad edilməsi...

Suriya Xarici İşlər Nazirliyi Türkiyə və Qərbi terrorçularda dəstəkdə ittiham edib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi Türkiyə və Qərbi terrorçularda dəstəkdə ittiham edib. Nazirlik bildirib ki, Dəməşq Qərb ölkələri və onların müttəfiqləri terrorçuları həmişəlik olaraq Suriya xalqına qəbul etdirmələrinə icazə verməyəcək.

Suriya Xarici İşlər Nazirliyi Ankara başçılarının sözləri və hərəkətlərinə reaksiyada bir bəyanatda bildirib: "Son günlər Türkiyənin və Qərb ölkələrinin Suriyaya qarşı yalançı təbliğatları onların terror qruplarını himayə etdiklərini sübut edir.Terrorizmə dəstək, alçaq və etikadan uzaq hədəflərə çatmaq istiqamətində Türkiyənin və Qərb ölkələrinin siyasətlərində sabit bir strategiyadır. Türkiyə və Qərb medialarının Suriya ordusunun son döyüşlərdəki xəsarətləri barədə olan mübaliğələri terrorçuların əhval-ruhiyyələrini qaldırmaq üçün həyata keçirilir və təsdiq edir ki, Türkiyə Soçi razılaşmasındakı öhdəliklərinə sadiq deyildir."

Suriya Xarici İşlər Nazirliyi suriyalı qüvvələrin bu ölkənin şimalındakı uğurlu əməliyyatlarına da toxunub. Vurğulayıb ki, bu əməliyyatlarda Dəməşq-Hələb beynəlxalq şose yolu və Hələb beynəlxalq hava limanı yenidən açılıb və suriyalı qüvvələr İdlib, Hələb və Həmah vilayətlərində 130-dan çox kəndi azad edə biliblər. Bütün bunlar Türkiyəni və Qərb ölkələrini dəli-divanə edib.

Suriya Xarici İşlər Nazirliyi qeyd edib ki, Suriya ordusu keçmişdəki kimi bu ölkə boyu terrorçulara qarşı hücum və əməliyyatlarını davam etdirəcək.

Xəbəri paylaş

VİDEOLAR