Suriya XİN başçısı: Əgər İran istəyərsə...

Suriya XİN başçısı: Əgər İran istəyərsə...

Suriya XİN başçısı Feysəl Miqdad İran İslam Respublikası ilə Fars körfəzi ölkələrinin dialoqu ilə bağlı açıqlama verib.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, o, verdiyi açıqlamada vurğulayıb ki, Suriya hökuməti və dövləti sözügedən dialoqu dəstəkləyir.

"Biz lazım olarsa, dialoq üçün vasitəçi belə ola bilərik. Əgər İran bunu istəyirsə, biz Suriya xalqı olaraq yardım etməyə hazırıq", - deyə Feysəl Miqdad diqqətə çatdırıb.

Nazir qeyd edib ki, Suriya hökuməti problemlərin qarşısında sadəcə Ərəb və İslam birliyi ilə müqavimət göstərilə biləcəyinə inanır.

Xəbəri paylaş

VİDEOLAR