Rusiya XİN rəhbərilə Suriya XİN rəhbəri görüşüb
Rasthaber Azərbaycan xəbər verir ki, Suriya Xarici İşlər naziri Vəlid Muallim dünən Rusiya Xarici İşlər naziri Serqey Lavrovla görüşüb.
Vəlid Muallim görüş zamanı maraqlı açıqlamaları ilə yadda qalıb.
Onun sözlərinə görə, ABŞ Suriyadakı neft bazalarını PUA-lar ilə məhv edir.
“ABŞ Homsdakı neft bazalarını bombalamaq üçün PUA-lar göndərir. Lakin qışda bizim neftə ehtiyacımız var.”, -deyə Suriya XİN rəhbəri bildirib.
Terrorla mübarizədə bir neçə ölkənin onlara mane olduğunu deyən Muallim sözlərini belə tamamlayıb: “ABŞ, Türkiyə, İsrail və bölgədəki bəzi ölkələr planları ilə terrorizmi məhv etmə səylərimizi əngəlləməyə davam edir.”
Lavrov isə, Rusiyanın Suriyanın suverenliyini və bütünlüyünü geri qazanması üçün əlindən gələni edəcəklərini önə çəkib.