Suriya və BƏƏ iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdi

Suriya və BƏƏ iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdi

Suriyanın iqtisadiyyat və xarici ticarət naziri Məhəmməd Samir əl-Xəlil BƏƏ-li həmkarı Tani bin Əhməd əl-Zeyyudi ilə iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi yollarını müzakirə edib.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, görüş “Expo Dubai – 2020” sərgisi çərçivəsində baş tutub.

İqtisadi inteqrasiya yollarının bərqərar edilməsi və bəzi mühüm sektorlardakı mübadilənin inkişafı müzakirə edilib.

Həmçinin hər iki tərəf ticari mübadilə üçün əlverişli mühiti təmin etmək və iki ölkə arasındakı mallar və ərzaqın qarşılıqlı daşınmasına mane olan logistik problemləri həll etmək üçün nəqliyyat sektorunun inkişafının zəruriliyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR