Suriya: Ukraynaya heç bir hərbi qüvvə göndərilməyib!

Suriya: Ukraynaya heç bir hərbi qüvvə göndərilməyib!

Suriyanın İdlib vilayətindəki yerli mənbələr bu əyalətdə yerləşdirilən xarici silahlı qüvvələrin Türkiyə vasitəsilə Ukraynaya köçürülməsini təkzib edib.

Az.rasthaber.com xəbər verir ki, İdlib vilayətindəki yerli mənbələr Əl-Məyadin xəbər kanalına bildiriblər ki, son vaxtlar İdlibdən Türkiyəyə heç bir xarici qüvvə köçürülməyib.
Bu mənbələr mövzu ilə bağlı yazırlar: Türkiyənin hücumlarından sonra bölgədə qaçaqmalçılıq əməliyyatı əvvəlkindən daha təhlükəli xarakter alıb.
Əl-Mayadin mənbələri də "İdlibdə Çad silahlı qruplarının olması" ilə bağlı dərc edilən xəbərlərə cavab olaraq bildiriblər ki, bölgədə Çad qüvvələri tərəfindən bir qrup yaradılmayıb.
2017-ci ildən əvvəl Liviyada olan və bu il Suriyaya köçürülən İŞİD-ə bağlı yalnız bir neçə Çadlı ünsür İdlibdə yerləşir.

Xəbəri paylaş

VİDEOLAR