Suriya: Trampın Bəşər Əsədə qarşı terror istəyi onun terrorçuların metodundan istifadə etdiyini sübut edir

Suriya: Trampın Bəşər Əsədə qarşı terror istəyi onun terrorçuların metodundan istifadə etdiyini sübut edir

Suriyanın Xarici İşlər Nazirliyi bu haqda əlumat yayıb

Suriyanın Xarici İşlər Nazirliyi qeyd edib ki, ABŞ prezidentinin Suriya pezidenti Bəşər Əsədin terror edilməsinə dair qərarı etirfat etməsi göstərir ki, bu ölkə məqsədlərinə çatmaq üçün elə həmin terrorçuların metodlarından istifadə edir".

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cari həftədə "Fox News"-a verdiyi müsahibədə, Suriya prezidenti Bəşər Əsədi terror etmək niyyətində olduğunu, Lakin ABŞ-ın sabiq müdafiə naziri Ceyms Mettisin buna mane olduğunu açıqlayıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, bu ölkənin Xarici İşlər Nazirliyi dünən Trampın sözlərinə reaksiya olaraq, deyib: "ABŞ-prezidentinin müstəqil bir ölkə prezidentinə sui-qəsd qərarını etiraf etməsi bir daha bu məsələni vurğulayır ki, ABŞ hökuməti azğın və qanundan kənar bir hökumətdir və bölgədəki maraqlarına çatmaq üçün terrorçu təşkilatların qətl və terror metodlarını eyni şəkildə və qanuni, insani və əxlaqi qaydaları nəzərə almadan tətbiq edir.

Xəbəri paylaş

VİDEOLAR