Suriya sənayesinə dəyən zərər açıqlandı

Suriya sənayesinə dəyən zərər açıqlandı

Bu barədə Suriyanın sənaye naziri Ziyad Sabbah məlumat verib.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, Suriyadakı müharibə ərzində dövlət və özəl sektor sənayesinə 23,5 milyard dollar ziyan dəyib.

Özəl və dövlət sektoru sənayesinin itkisi, 2019-cu ilin sonuna olan dəyərləndirməyə əsasən, 23,5 milyard dollardan çoxdur”, - deyə o bildirib.

Suriyalı nazirin sözlərinə görə, ən çox neft sahəsinin sənaye obyektləri məhv edilib.

Sabbah qeyd edib ki, düşmən neft, ərzaq və dərman kimi strateji və insanların həyatına təsiri olan sektorları bilərəkdən məhv edib.

Bundan başqa, ölkənin toxuculuq sənayesinə, ilk növbədə də Hələb əyalətində zərər vurulub. Hələbdəki sözügedən sənaye obyektləri terrorçular tərəfindən tam şəkildə məhv edilib və qarət edilib.

Xəbəri paylaş

VİDEOLAR