Suriya prezidenti Fələstin Müqavimət liderlərindən bir qrupunu qəbul edib

Suriya prezidenti Fələstin Müqavimət liderlərindən bir qrupunu qəbul edib

Suriya prezidenti Bəşər Əsəd Fələstin Müqavimət liderlərindən bir qrupunu qəbul edib

Suriya prezidenti Bəşər Əsəd Fələstin Müqavimət liderlərindən bir qrupunu öz igamətgahında qəbul edib.
Rasthaber xəbər verir ki, Əsədlə görüşə Fələstin heyətində İslami Cihad Hərəkatının baş katibi Ziyad Nahalə, Fələstin Qurtuluşu üçün xalq cəbhəsinin baş komandanlıq baş katibinin müavini Dr. Təlal Naci, FXKC baş katib müavini Fuad Marağa, Demokratik Cəbhə baş katibinin köməkçisi Fəhd Süleyman, Saika Təşkilatınən baş katibi Muin Həmid, Xalq Mübarizə Cəbhəsi baş katibi Xalif Əbdülməcid, Fəthul İntifada baş katibi Ziyad Saqir, Fələstin Qurtuluş Cəbhəsi baş katibi Yusif Müəddəh və Fəth Hərəkatının Mərkəzi Komitəsinin üzvü Dr. Samir Rİfai təmsil olunublar.
Görüşdə İsrailin Qüdsün kimliyi və statusunu dəyişmə istəkləri, Fələstin xalqına hücumlar müzakirə edilib.
Əsəd görüş zamanı İsrailin sülhv və müzakirə dilindən anlamadığını deyərək İsrail rejiminin varlığının bölgə xalqlarını terrorizə etməyə və xalqların haqlarını pozmağa bağlı olduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR