Suriya Ordusu strateji əhəmiyyətli qəsəbəni terrorçulardan aldı

Suriya Ordusu strateji əhəmiyyətli qəsəbəni terrorçulardan aldı

Suriya Ordusunun anti-terror əməliyyatları davam edir

Rasthaber Azərbaycan xəbər verir ki, Suriya ordusu dünən "Nusra cəbhəsi" terrorçu qrpulaşmasının əsas bazalarından biri olan İdlibin ətrafında yerləşən ət-Tah qəsəbəsini geri alıb.

"Al Mayadeen" telekanalının verdiyi məlumata görə, Suriya ordusu dünən ət-Tah qəsəbəsindən əlavə İdlibin cənub şərqində yerləşən 8 kəndi də terrorçularla  toqquşmalardan sonra azad edib.

Bu kəndlərdə təhlükəsizlik tədbirləri davam edir. Qeyd edək ki,  Suriya ordusu Cərcnaz qəsəbəsinin 3 kilometrliyinə çatıb. Həmin qəsəbə bölgədə terrorçuların ən əsas bazası hesab olunur. 

Xəbəri paylaş

VİDEOLAR