Suriya neftinin ABŞ tərəfindən oğurlanması davam edir

Suriya neftinin ABŞ tərəfindən oğurlanması davam edir

İnformasiya mənbələri Suriya neftinin işğalçı amerikalı hərbçilər tərəfindən oğurlanması və onun İraqın şimalına köçürülməsindən xəbər veriblər.

Az.rasthaber.com xəbər verir ki, Əl-Həsəkənin şimal ətrafında yerləşən Əl-Yərubiyyə bölgəsindəki yerli mənbələr dünən deyiblər ki, amerikalı qüvvələr Suriyanın şərqindəki neft yataqlarından oğurlanmış nefti daşıyan on dörd tankeri zirehli avtomobillərin himayəsilə qanunsuz Əlvəlid keçidi vasitəsilə İraq ərazisinə köçürüblər.

Amerikalı qüvvələr iki gün bundan öncə də Suriyadan oğurlanmış nefti daşıyan səksən beş tankeri qanunsuz Əlmahmudiyyə keçidi vasitəsilə İraq ərazisinə köçürmüşdülər.

Amerikanın Suriyada hərbi qolu sayılan İŞİD terror qruplaşmasının məğlub olması ilə amerikalı qüvvələr birbaşa şəkildə bu qruplaşmanı əvəz etdi və elə o zamandan bəri də İŞİD-in yerinə, Suriya neftini çıxarmaq və oğurlamağa başladılar.

Xəbəri paylaş

VİDEOLAR