Fələstin-İsrail münaqişəsində ən çox Qərb uduzacaq, çünki dünya ictimaiyyəti İsraili Qəzza zolağına və fələstinlilərə qarşı təcavüzdə dəstəkləmək üçün heç bir əsası olmadığını anlayacaq.
Az.rasthaber.com-un Sputnik-ə istinadən verdiyi xəbərə görə, bunu Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri bildirib.
Səfir mətbuat deyib ki, uduzan Qərbdir, Qərb dövlətləridir, çünki Qəzzaya və fələstinlilərə qarşı təcavüz dünya ictimaiyyətinin gözünü açıb: “Bu terror aktında İsraili dəstəkləmək üçün heç bir əsas yoxdur”.
O qeyd edib ki, Avropa da daxil olmaqla, Fələstinə rəğbət bəsləyənlərin sayı artıb. “Fələstin məsələsinə mənfi münasibət bəsləyənlərin çoxu bu gün mövqelərini dəyişib, o cümlədən bəzi Avropa ölkələri də. Bu gün ABŞ-da Ağ Evin qarşısında çoxlu nümayişlər keçirilir”, – Cəfəri vurğulayıb.