Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində 14-ü uşaq olmaqla, Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.
Az.rasthaber.com xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində martın 1-də müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, daha sonra Türkiyə Respublikasının Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan 4 uşaq, İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan 38 uşaq, habelə Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan daha 12 nəfərin, onlardan 8-i uşaq olmaqla ölkəyə qaytarılması təmin edilib.