Suriya Hava Qüvvələri İsrail raketlərini göydə vurdu

Suriya Hava Qüvvələri İsrail raketlərini göydə vurdu

İsrail hücumu Suriyanın cənub bölgələrində olub.

Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, Suriya ordusu bəyan edib ki, ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri İsrailin raket hücumunu dəf edib.

İsrail hücumu Suriyanın cənub bölgələrində olub.

Qeyd edilir ki, İsrailin Qolan yüksəklikləri istiqamətindən atdığı raketlərin böyük hissəsi Suriya HHM sistemləri tərəfindən məhv edilib.

Xatırladaq ki, Suriya ərazisi olan Qolan yüksəklikləri İsrail tərəfindən işğal edilib.

Xəbəri paylaş

VİDEOLAR